- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələrin Avropa birinciliyində sərbəst güləşçilərin çıxışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu gün finalda mübarizə aparan Hacımurad Hacıyev (63 kq) və Abdulmuslim Məmmədov (76 kq) rusiyalı həmkarlarına uduzaraq gümüş medalla kifayətləniblər.
Dünən Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi ilə komandamızdan Tofiq Əliyev (42 kq) 2-ci, Turan Bayramov (58 kq) 3-cü, Ramiz Həsənov (50 kq) 5-ci yer tutublar.
Komanda hesabında millimiz 61 xalla 2-ci olub və yalnız Rusiyadan geri qalıb. Bu yarışı digərlərindən fərqləndirən önəmli məqam, qaydalarda edilən bəzi dəyişikliklər burada test edilməsidir. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur.
Proqrama əsasən, ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal tutaşmaları növbəti gündəkeçirilir. İdmançılar hər 2 mübarizə günündə çəkiyə cəlb edilirlər. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilir.