- Baxış sayı: 42
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan çempionatının 20-ci turunun iki oyunu keçirilib.
Allsport.az xəbər verir ki, günün ilk oyunu “AAAF Xırdalan” və “Olimpik Şəki” basketbolçuları arasında olub. Oyunun ilk hissəsində başa-baş mübarizə getsə də, ikinci hissədə xırdalanlılar 100:77 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan” (Deymon Makdouel – 35 xal, 6 görürmə), “Olimpik Şəki” (Larri Robinson – 31 xal, 5 ötürmə).
Günün ikinci oyununda iki paytaxt komandası – “Sabah” və “Sərhədçi” üz-üzə gəlib. Əlavə vaxt verilən gərgin oyunun sonunda “Sabah” basketbolçuları 100:92 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: “Sabah” (Entoni Patti – 23 xal, 9 götürmə), “Sərhədçi” (Brendon Miller – 24 xal, 6 ötürmə)