Səudiyyə Ərəbistanının ağırlıqqaldırma yığması qarşıdakı yarışlara bizdə hazırlaşacaq
18 avqust 2017 / 20:43 Baxış sayı: 1024 Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək. Allsport.az saytı xəbər verir ki, məqsəd qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. 16 nəfərlik heyət millimizin Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazasında məskunlaşacaq.
Qonaqlar ölkəmizdə avqustun 21-dən sentyabrın 16-na qədər hazırlaşacaqlar. Bu toplanış millimizin üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.