- Baxış sayı: 53
- 06 Mart 2026 20:47
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Amerikalı fiqurlu konkisürən İlya Malinin Kanadanın Saskatun şəhərində keçirilən beynəlxalq qran prinin üçüncü mərhələsində qalib gəlib.
Allsport.az xəbər verir ki, iki çıxış ərzində 20 yaşlı idmançı 333,81 xal (104,84+228,97) toplayıb. Malinin şəxsi rekordunu 0,05 xal artırıb və 2024-cü ilin martında sərbəst konkisürmədə özünün dünya rekordunu (227,79 xal) qırıb.
Kanada mərhələsində ikinci yeri 257,21 xalla estoniyalı Aleksandr Selevko, üçüncü yeri isə yaponiyalı Kao Miura (253,69 xal) tutub.