“Sabah” çempionlar liqasının diqqət mərkəzində

FİBA çempionlar liqasının qrup mərhələsində keçirilən oyunlardan birində fərqlənən epizod beynəlxalq basketbol ictimaiyyətinin diqqətini cəlb edib.

Allsport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” klubunun basketbolçusu Həsəni Qravett, Çex respublikasının “Nimburk” komandası ilə matç zamanı nümayiş etdirdiyi texniki ustalıqla yadda qalıb.

Görüşün gedişində Qravettin etdiyi yüksək səviyyəli “spin-move” epizodu oyunun ən yaddaqalan anlarından birinə çevrilib. Sözügedən hərəkət Avropanın ali basketbol qurumu olan FİBA tərəfindən çempionlar liqasının rəsmi İnstaqram hesabında paylaşılaraq qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb və azarkeşlər tərəfindən böyük marağa və müzakirəyə səbəb olub. Video qısa müddət ərzində 3 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayaraq basketbol ictimaiyyətinim diqqətini üzərinə çəkib.

Bu paylaşım həm Həsəni Qravettin fərdi ustalığının, həm də klubun beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. FİBA-nın rəsmi platformasında yer alan bu epizod Azərbaycan basketbolunun Avropada diqqət mərkəzində olduğunu bir daha sübut edir.

Həsəni Qravett artıq 2 ildir ki, 3-qat Azərbaycan çempionu “Sabah”in heyətində çıxış edir.

Həmin kateqoriyadan