- Baxış sayı: 42
- 11 Mart 2026 22:35
- Baxış sayı: 41
- Mart 11, 2026
- 0

“Sabah” futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.
Allsport.az xəbər verir ki, 20 yaşlı vingerin icarəsi ilə bağlı “Lill” ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik sözləşmə bağlanıb.
Fransalı oyunçu ötən ilin sentyabrından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.