- Baxış sayı: 102
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Sabah” FK-nın qış hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, Masazır təmsilçisi mövsümün ikinci yarısına hazırlıqlara yanvarın 4-də başlayacaq. Təlim-məşq toplanışı “bayquş”ların Şüvəlanda yerləşən bazasında – “Sabah” futbol mərkəzində baş tutacaq.
“Sabah” hazırlıq çərçivəsində “Şamaxı” ilə yoxlama oyunu keçirəcək. Görüş yanvarın 12-də, “Bank Respublika Arena”da keçiriləcək.