- Baxış sayı: 41
- 10 Mart 2026 12:14
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 28-ci, sonuncu turunun iki oyunu ilə müntəzəm mövsümə yekun vurulub.
Günün ilk oyununda “Sabah” və “Olimpik Şəki” komandaları üz-üzə gəliblər.
Bu oyunda “Sabah” basketbolçuları 105:80 hesablı qələbə qazanaraq müntəzəm mövsümün lideri kimi pley ofda “AAAF Xırdalan” ilə qarşılaşacaqlar.
Ən məhsuldar basketbolçular: “Sabah” (Kalin Kreyn – 17 xal, 6 götürmə), “Olimpik Şəki” ( Endryu Uitset – 29 xal, 8 götürmə
Günün 2-ci oyunu NTD və “Neftçi” basketbolçuları arasında keçirilib.
Bu önəmli oyunda 101:89 hesablı qələbə qazanan NTD, pley of mərhələsinə 2-ci pillədən daxil olaraq “Gəncə” komandasına qarşı oyunlarında ev üstünlüyünü ələ keçirib.
Ən məhsuldar basketbolçular: NTD (Zek Hadson – 20 xal, 10 götürmə), “Neftçi” (Mohsen Moradxani – 24 xal, 13 götürmə)