“Sabah” vahid liderliyə yüksəlib

29 yanvar – 1 fevralda Azərbaycan basketbol liqasında (ABL) 15-ci turun görüşləri keçirilib. Allsport.az xəbər verir ki, Bu oyunlarla bərabər, çempionatda 3-cü dövrəyə yekun vurulub. “A” və “B” qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

“Gəncə” – “Şəki” (95:80)
“Abşeron Lions” – “Sabah” (96:117)
NTD – “Neftçi” (82:98)

B qrupu

“Lənkəran” – “Ordu” (63:103)
“Sumqayıt” – “Sərhədçi” (94:98)
“Naxçıvan” – “Quba” (82:70)

15 turdan sonra “A” qrupunun vahid lideri “Sabah”, “B” qrupunun vahid lideri isə “Ordu” klubudur. Azərbaycan basketbol liqasında (ABL) 16-cı turun oyunlarına 4 fevralda start veriləcək.

Həmin kateqoriyadan