- Baxış sayı: 32
- 09 Yanvar 2026 15:25
- Baxış sayı: 134
- Yanvar 09, 2026
- 0

UFC-nin sabiq çempionu Aleşandre Pantoja ağır zədədən sonra əməliyyat olunmayacaq.
Allsport.az xəbər verir ki, braziliyalı döyüşçünün komandası onun bu ilin yayında və ya payızında oktaqona qayıtmasını planlaşdırır.
Tibbi müayinələr nəticəsində məlum olub ki, idmançının dirsək nahiyəsində yalnız vətərlər zədələnib, sümük sınığı və ya bağların qırılması baş verməyib.
Pantoja dekabrın 6-da keçirilən UFC-323 turnirində Coşua Vana qarşı titul döyüşünün elə ilk raundunda (26-cı saniyədə) rəqibin fəndindən qaçarkən dirsəyini yerə uğursuz qoyaraq zədələnmişdi. Nəticədə Pantoja texniki nokautla məğlub sayılmış və kəmərini itirmişdi.