Sabiq rəhbər rüşvətə görə həbs olundu

Beynəlxalq biatlon ittifaqının (İBU) keçmiş rəhbəri Anders Besseberq korrupsiya ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Allsport.az xəbər verir ki, Norveç apellyasiya məhkəməsi Besseberqi on maddədən doqquzu üzrə təqsirli bilib.

2024-cü ildə o, üç il bir ay müddətinə azadlıqdan məhrum edilib. Anders hökmdən apellyasiya şikayəti verib və sonda cəza bir ay azaldılıb.

İdman arbitraj məhkəməsi (CAS) Anders Besseberqə idmanla bağlı hər hansı vəzifə tutmağı ömürlük qadağan edib. Korrupsiya ilə bağlı məhkəmə ötən ilin yanvarında başlayıb. İttiham tərəfi İBU-nun keçmiş prezidentinə 3 il 7 ay həbs cəzası, 1 milyon NOK (təxminən 88 000 avro) məbləğində cərimə və 1,45 milyon NOK (təxminən 128 000 avro) dəyərində əmlakın müsadirə edilməsini istəyib.

Həmin kateqoriyadan