- Baxış sayı: 28
- 05 Dekabr 2025 15:00
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Yeniyetmə sablyaçı millimiz İstanbulda U-12 və U-14 açıq turnirində iştirak edib. Allsport.az saytı xəbər verir ki, qılıncoynadanlarımız 6 nəfərlə təmsil olunublar.
14 yaşadək oğlanlarda Ayxan Xasiyev 116 iştirakçı arasında 11-ci, Murad Muradov 45-ci, Nurlan Zeynallı 53-cü yer tutub. 14 yaşadək qızlarda ən yaxşı nəticə Zərifə Hüseynovaya məxsusdur.
Qrupda keçirdiyi bütün görüşləri qalib başa vuran həmyerlimiz, ard-arda 1/16, 1/8 və 1/4 finalı qalib başa vurub. O, 85 iştirakçı arasında 3-cü olub.
12 yaşadək oğlanların yarışında Murad Muradov 116 iştirakçı arasında 15-ci yerdə qərarlaşıb.