- Baxış sayı: 49
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
Azərbaycan birinci divizionunda çıxış edən “Şahdağ” futbol klubu bəyanat yayıb. Allsport.az həmin bəyanatı olduğu kimi sizə təqdim edir:
“Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda “Şahdağ” futbol klubu öz tarixində ən ağır günlərini yaşamaqdadır. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddur.
Bu gün “Şahdağ” futbol klubunda iclas zamanı, komanda rəhbərliyin qərarına əsasən baş məşqçinin vəzifələrinin müvəqqəti icraçı vəzifəsinə Şərəfəddin Məmmədov təyin olunub. Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcəklər və son “nəfəsə” qədər komandaya ithaf olacaqlar. Daha sonra, iclasda iştirak edən veteran futbolçular Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb və təmənnasız yardım edəcəklərini bəyan ediblər. Bu bəyanat alqışlarla qarşılandı.
Dəyərli azerkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdir. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək Qusar futbolunu yaşadaq!
Əziz media nümayəndələri, “Şahdağ” futbol klubu həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir.
“Şahdağ” zəngin tarixə malik olan bir klubdur. Bu il “Şahdağ” futbol klubu 65 illiyi qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ” klubunu dəstəkləyərkən komanda öz 100 illiyini qeyd edəcək”.