- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bakı İdman Sarayında Azərbaycan çempionatı keçirildi. Allsport.az saytı xəbər verir ki, Dünya Güləş Birliyinin yeni qaydalarına uyğun olaraq keçirilən yarışda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 10 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşdi. 10 çəki dərəcəsi üzrə ilk 3 yeri tutmuş idmançılar yığmanın heyətinə cəlb ediləcək və gələn ildə komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Çempionatın son günü yarışlar başa çatdıqdan sonra AGF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov qalib və mükafatçılarla görüşdü. İdmançıların çempionatda böyük əzmkarlıqla mübarizə apardıqlarını qeyd edən AGF rəsmisi eyni əzmkarlığı növbəti il ərzində keçiriləcək yarışlarda da gözlədiklərini bildirdi:
“Azərbaycan Güləş Federasiyası tərəfindən yığma komandaların seçiminə daim ədalətlə yanaşmağa çalışılıb və idmançıların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etmələri üçün lazımi şərait yaradılıb. Ölkəmizdə idmana və idmançılara dövlət səviyyəsində diqqətin nəticəsidir ki, bu gün Azərbaycan idmançıları, xüsusən güləşçilərimiz ən mötəbər beynəlxalq yarışlarda daim ilk üçlükdə qərarlaşır. Sizin öhdənizə isə bu ənənəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək vəzifəsi düşür.”
Azərbaycan çempionatının qalib və mükafatçısı olmuş hər bir idmançıya uğur arzulayan Sahib Ələkbərov qələbəyə gedən yolun nizam-intizamdan və yüksək hazırlıqdan keçdiyini xüsusi vurğuladı: “Artıq növbəti ilin ilk aylarından hazırlıq üzrə təlim-məşq toplanışlarınız başlayacaq. Bu yarış artıq geridə qaldı. Sizin hər biriniz qələbədən arxayınlaşmamalı, keçirilən təlim-məşq toplanışlarında məşqçilərin tapşırıqlarına əməl edib, öz üzərinizdə çalışıb qələbəyə köklənməyə çalışmalısız. Bunun üçün təbii ki, nizam-intizama da xüsusi diqqət yetirməlisiniz. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçıları sizin aranızdadır”.