Şahin Çatma gənc voleybolçularla tanış oldu

Azərbaycan voleybol federasiyası (AVF) yanvarın 31-də Şəki şəhərində yeniyetmə və gənc voleybolçu qızlar arasında “Seçim günü” təşkil edib.

Allsport.az xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma Şəki regional voleybol klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü 75-ə yaxın voleybolçunun hazırlıq səviyyəsi ilə yaxından tanış olub.

Seçim prosesi zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, məşqçilər heyəti tərəfindən onların fiziki və texniki göstəriciləri qeydə alınıb.

Həmin kateqoriyadan