- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq. “Neftçi” oturuşmuş heyətə malikdir. “Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm “Neftçi”, həm də “Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu göstərdilər. Şəhriyar Əliyev bu gün qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox. Şəhriyar qəsdən heç bir şey etmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”.