- Baxış sayı: 65
- 22 Mart 2026 15:42
- Baxış sayı: 191
- Mart 25, 2026
- 0
Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günüdür. Allsport.az xəbər verir ki, təcrübəli çalışdırıcının 49 yaşı tamam olur.
Futbolçu kimi Azərbaycan klubları ilə yanaşı, Rusiya və İsrail kimi ölkələrdə oynayaraq legioner həyatı yaşamış Şahin Diniyev karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb. Azərbaycan yığma komandasını çalışdırmış mütəxəssis “Qarabağ”, “Kəpəz” və “Rəvan”da işləyib. Həmçinin, Rusiyanın “Terek” klubunda çalışıb.
Allsport.az kollektivi Şahin Diniyevi doğum günü münasibəti ilə təbrik edir, ona işində uğurlar arzulayır.