- Baxış sayı: 37
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 115
- Fevral 06, 2026
- 0

“Liverpul”un hücumçusu Məhəmməd Salah premyer liqada “Sauthempton”la matçda (3:1) penaltidən iki dəfə fərqlənib.
Allsport.az xəbər verir ki, bununla da misirli futbolçunun indi İngiltərə çempionatındaki qol sayı 184 olub. Bu göstərici onu 2020-ci ilin yanvarında “Aston Villa” ilə oyunda het-trik edərək (6:1) əcnəbi oyunçular arasında turnir tarixinin ən yaxşı bombardiri olan “Mançester Siti”nin keçmiş oyunçusu Serxio Agüero ilə eyniləşdirib. 184 qol vurmaq üçün Agüeroya 275, Salaha isə 292 oyun lazım olub.