- Baxış sayı: 32
- 26 Mart 2026 11:13
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

“Liverpul”dan ayrılacağını rəsmən açıqlayan misirli ulduz Məhəmməd Salahın növbəti dayanacağı MLS ola bilər.
Allsport.az xəbər verir ki, “İnter Mayami” 33 yaşlı hücumçunu Lionel Messi ilə bir araya gətirmək niyyətindədir.
Lakin Florida təmsilçisi bu transfer üçün bürokratik maneələri aşmalıdır. Hazırda klubda limitdən kənar maaş alan 3 oyunçu yeri (Messi, Rodriqo de Paul və German Berterame) doludur. Salahın gəlişi üçün ulduzlardan biri ilə yol ayrılmalıdır.
Salah üçün əsas rəqib isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubudur. Səudiyyəlilər misirliyə illik 175 milyon funt-sterlinq civarında rekord maaş təklif etməyə hazırdır.