“Salahın oyununu çox bəyənirəm”

PSJ-nin prezidenti Nəsir Əl-Xəlifi açıqlama verib.

Allsport.az xəbər verir ki, o, paris klubunun “Liverpul”un hücumçusu Məhəmməd Salahla maraqlanması ilə bağlı yayılan xəbərlər haqda danışıb:

“Salahın oyununu çox bəyənirəm. O, həm də bizimlə eyni milliyətdəndir. Düzünü desəm, Məhəmmədin premyer liqada etdiklərinə görə onunla fəxr edirəm. Ona və “Liverpul”a böyük hörmətim var.

Bundan əvvəl mətbuatda PSJ-nin Salaha ildə təxminən 40 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu məbləğ misirli futbolçunu dünyanın ən yüksək maaş alan futbolçularından birinə, Avropanın isə ən çox maaş alan futbolçusuna çevirə bilər.

Həmin kateqoriyadan