- Baxış sayı: 169
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Dünya Güləş Birliyi “klassiklər”in reytinq siyasını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə sıralamaya 7 bahadırımızın adı daxil edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.
59 kq – 13. Taleh Məmmədov – “Qızıl qran-pri” final mərhələsi 1-ci yer (12)
66 kq – 7. Həsən Əliyev – DÇ 5-ci yer (7)
71 kq – 3. Rəsul Çunayev – DÇ 3-cü yer (3)
75 kq – 5. Elvin Mürsəliyev – DÇ 3-cü yer (5); 11. Rafiq Hüseynov – “Qızıl qran-pri” final mərhələsi 1-ci yer (11)
85 kq – 2. Saman Təhmasibi – DÇ 2-ci yer (2)
130 kq – 17. Sabah Şəriəti – “Qızıl qran-pri” final mərhələsi 2-ci yer (15)