- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Əməkdar bədən tərbiyəsi və xadimi Oleq Krapivinin şərəfinə yeniyetmə sərbəst güləşçilərin 5-ci açıq respublika turniri çərçivəsində ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsinin qarşısına gül dəstəsi qoyublar. Allsport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan, Ukrayna və Qırğızıstandan olan güləş federasiyalarının və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Sonra bu şəhərdə səbəbkarın dəstəyi ilə “Şirvan” güləş klubunun açılışı olub. Mərasimdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, Kikboks federasiyasının prezidenti Adil Əliyev və deputat Kamran Nəbizadə, Ukrayna Güləş Federasiyasının prezidenti Elburus Tedeyev və sonda veteran güləşçi Oleq Krapiv özü çıxış ediblər.
Tədbirdə bildirilib ki, Azərbaycan idman ölkəsidir və bütün beynəlxalq yarışlarda ölkəmiz layiqincə təmsil olunur. Bu il Azərbaycanda Milli Olimpiya Komitəsinin yaranmasının 25 illiyidir. Bu illər ərzində cənab prezident İlham Əliyevin idmana göstərdiiyi diqqət və qayğının nəticəsidir ki, olimpiya və dünya çempionatlarında bayrağımız ucaldılır. Oleq Krapivin adını daşıdığı idman məktəbində gələcəyin çempionları və sağlam gəncləri yetişəcək.
İdman məktəbində müasir standartlara cavab verən trenajor avadanlıqları və böyük güləş zalı var.