- Baxış sayı: 14
- 27 Yanvar 2025 17:52
- Baxış sayı: 332
- Yanvar 27, 2025
- 0
Azərbaycan premyer liqasının XX turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:2) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:
“Məğlub olmaq istəməzdik. Təəssüf ki, uduzduq. Amma futbolçularım, demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Sadəcə, futbolun bəzən belə tərəfləri olur, bir dəqiqə ərzində hər şey tam əksinə baş verə bilir. Buraxdığımız ilk qolda rəqibin 5 oyunçusu qapıçımızı əhatəyə aldı və oradan çıxmağına imkan vermədilər.
Qapıçını biri əllə, biri bədənlə itələyirdi. Bəs cərimə necə olur? İkinci qolda isə bizim lehimizə korner vermək əvəzinə cərimə zərbəsi təyin edildi və hücum edib qol vurdular. Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. İstəyimiz odur ki, epizodlara düzgün reaksiya versinlər”.