- Baxış sayı: 18
- 12 Mart 2026 10:00
- Baxış sayı: 45
- Mart 11, 2026
- 0

Felipe Santos Azərbaycan premyer liqasında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, braziliyalının yubileyi XIII tura təsadüf edib.
O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.
Cənubi amerikalı premyer liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.
Premyer liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.