Şarapova məşhur jurnalın üz qabığında – FOTO

Keçmiş rusiyalı tennisçi Mariya Şarapova Fransanın “L’Equipe” jurnalının yeni sayının üz qabığında yer alıb.

Allsport.az xəbər verir ki, buraxılış oktyabrın 11-də “Şarapova qayıdıb” başlığı ilə çıxacaq. Avqust ayında 38 yaşlı Şarapova beynəlxalq tennis şöhrət zalına daxil edildi və bu şərəfə layiq görülən ilk rusiyalı oldu. Şarapova 2020-ci ildə karyerasını bitirib. Karyerası ərzində o, beş “Böyük dəbilqə” çempionluğu (2012 və 2014-cü illərdə Roland Qarros, 2004-cü ildə Uimbldon, 2006-cı ildə ABŞ Açıq və 2008-ci ildə Avstraliya açıq) daxil olmaqla, 36 WTA təkli titulunu qazanb. O, həmçinin 2012 olimpiadasının gümüş mükafatçısı və WTA finallarının qalibidir.

Screenshot

Həmin kateqoriyadan