- Baxış sayı: 29
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

Divizion təmsilçisi “Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə yeni müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru İlqar Nadiri məlumat verib:
“Fanatlar bilsin ki, komanda məşqlərə başlamasa da, meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışırıq. İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da “Kəpəz”i çalışdıracaq. Yaşar müəllim də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.