“Şattl taym” layihəsi Şamaxıda

Bu layihə ilə Şamaxı şəhərində təhsil alan 80 məktəbli badmintonla yaxından tanış olmaq imkanı qazanıb.

Allsport.az saytı xəbər verir ki, onlar əvvəlcə bu idman növü haqqında nəzəri biliklər alıblar. Sonra əyləncəli badminton məşğələləri ilə yeni bacarıqlara yiyələniblər. Sonda fəal iştirakçılara badminton ləvazimatları hədiyyə olunub.

Bu günə qədər Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə, Naxçıvan, Şamaxı şəhərlərində həyata keçirilən layihə Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish