- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Qadın güləşçilərdən ibarət millimiz təqvim planı üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Semyon Çteryov məşqlərin yüksək səviyyədə keçdiyini və qarşıdakı yarışlarda gənc qızlara şans verəcəklərini deyib:
“Qızlarımız səylə hazırlaşırlar. Məşqlərimiz yüksək səviyyədə davam edir. Olimpiya Oyunlarına 3 lisenziya qazanmışıq. Ancaq bunların sayını artırmaq niyyətindəyik. Heyətdə perspektivli güləşçilərimiz var. Onlara böyük ümidlər bəsləyirik.
Düşünürəm ki, yaradılan bu cür şərait qarşılığında yüksək hədəflər uğrunda mübarizə aparmağa borcluyuq. Qarşıda bir sıra turnirlər olacaq. Bunların hamısında əsas heyətlə çıxış etməyəcəyik. Bəzi gənc qızlarımızı da yoxlamaq istəyirik”.