- Baxış sayı: 31
- 26 Mart 2026 11:58
- Baxış sayı: 222
- Mart 25, 2026
- 0

Seneqal futbol federasiyası (FSF) Afrika millətlər kubokunun qalibi statusunun əllərindən alınması ilə bağlı idman arbitraj məhkəməsinə (CAS) müraciət edib.
Allsport.az xəbər verir ki, yanvarın 18-də keçirilən finalda Seneqal futbolçuları penalti qərarına etiraz olaraq meydanı 15 dəqiqəlik tərk etdikləri üçün martın 18-də CAF tərəfindən texniki məğlubiyyətə uğradılıblar. Nəticədə çempionluq Mərakeşə verilib.
Martın 25-də CAS-da qeydə alınan iddiada Seneqal tərəfi bu qərarın ləğvini və kubokun onlara qaytarılmasını tələb edir. Dinləmələrin vaxtı hələlik bəlli deyil.