- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandı.
Allsport.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.
Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.
Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Əli Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.