- Baxış sayı: 43
- 22 Noyabr 2024 22:07
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
«Mingəçevirdə hazırlığımızı davam etdiririk. Hər şey qaydasındadır. Cari mövsümün ilk ciddi sınağı Çex Respublikasının Reçitsa şəhərində keçiriləcək Avropa çempionatıdır». Bu açıqlamanı allsport.az saytına milli komandamızın kanoeçisi Sergey Bezuqlı verib. Titullu avarçəkənin sözünə görə, onun həmkarı gənc olduğundan böyük arenalarda hələ uğur gözləmir:
«Mən 2-nəfərlik qayıqda mübarizə aparıram. Burada qalib gəlmək tək səndən asılı deyil. Tərəf müqabilim Aleksey Kupin gəncdir. Onun 20 yaşı var. Biz qitə və dünya çempionatlarında hələ 4-6-cı yerlərdən yuxarı qalxa bilməmişik. Bir-birimizi yaxşı anlamaq üçün zamana ehtiyac var. Qarşıdakı yarışda da əsas hədəfimiz final mərhələsinə yüksəlməkdir».