- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 40
- Dekabr 05, 2025
- 0

“Real”ın hücumçusu Luka Yoviç həbs edilə bilər. Allsport.az xəbər verir ki, karantin qaydasını pozaraq, sevgilisinin ad gününü qeyd etmək üçün İspaniyadan Serbiyaya yollanan futbolçu cinayət məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur.
Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub. 22 yaşlı oyunçu Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə həbsdən yaxasını qurtara bilər.
Luka Yoviç ötən ildən 29 yaşlı Sofiya Miloşeviçlə münasibətdədir. O, serb modelə elə vurulub ki, həyat yoldaşı Anjela Manitaşeviç və 1,2 aylıq oğlu Davidi tərk edib. Gözəlçəyə gəlincə, o, Lukaya 56 milyon funt sterlinqə “Real”a keçdikdən sonra diqqət etməyə başlayıb.