- Baxış sayı: 25
- 05 Yanvar 2025 12:57
- Baxış sayı: 324
- Yanvar 03, 2025
- 0
“Qarabağ”ın hücumçusu Juninyo Vieyra karyerasını İspaniya la liqasında davam etdirməyə yaxındır. Allsport.az AS nəşrinə istinadən xəbər verir ki, “Sevilya” braziliyalı futbolçu üçün növbəti cəhdini edib.
Əndəlüs klubu “köhlən at”lara 3 milyon avro nağd və 1 milyon avro hissə-hissə ödəniş şəklində rəsmi təklif göndərib. 28 yaşlı oyunçunun özü məşhur kluba keçməyə razılığını versə də, Ağdam təmsilçisi onun keçidindən daha çox məbləğ əldə etmək niyyətindədir.
Juninyo 2023-cü ildən “Qarabağ”ın şərəfini qoruyur. O, cari mövsüm ərzində 25 oyunda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.