- Baxış sayı: 88
- 02 Mart 2026 14:02
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Azərbaycan respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı silsilə tədbirlər keçirilir.
Allsport.az xəbər verir ki, bu gün ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veloyürüş keçirilib.
AVF-nin idmançıları, BNA-nın əməkdaşları və Nəqliyyat könüllülərinin iştirak etdiyi veloyürüşə dənizkənarı milli parkın ərazisində yerləşən “Dəniz Mol” ticarət və əyləncə mərkəzinin qarşısından start verilib.
Ümumilikdə 50-ə yaxın iştirakçı dənizkənarı milli parkın ərazisi ilə hərəkət edərək “Suraxanı” gəmi-muzeyinin qarşısından geri dönüb, start yerində yürüşü başa vurublar.