Sinner Fritsi məğlub edib

İtaliyalı tennisçi, dünya reytinqinin lideri Cannik Sinner ATP-nin yekun turnirinin qrup mərhələsinin 2-ci turunun matçında amerikalı Teylor Fritsi məğlub edib.
Allsport.az xəbər verir ki, ikiqat “Böyük dəbilqə” qalibi dünyanın 5 nömrəsinə 6:4, 6:4 hesabı ilə qalib gəlib. İdmançılar arasında görüş 1 saat 41 dəqiqə davam edib.
Ardıcıl iki qələbədən sonra Sinner qrup mərhələsinin son turunda rusiyalı Daniil Medvedevlə qarşılaşacaq. İki görüşdən birində qalib gələn Frits isə 3-cü turda avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.

Həmin kateqoriyadan