Siyasət Əsgərov: “Əlavə vaxtda buraxdığımız qollar yaxşı hal deyil”

Avropa çempionatının seçmə mərhələsində Polşaya 0:5 hesabı ilə uduzan qadınlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov açıqlama verib. Allsport.az xəbər verir ki, 32 yaşlı mütəxəssis oyunu şərh edib:

“Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq. Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil.

Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdir DÇ-nin, AÇ-nin seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.

Həmin kateqoriyadan