Siyasətin qələbə şərhi

Avropa çempionatının seçmə mərhələsində Moldovanı məğlub edən qadınlardan ibarət yığmamızın baş məşqçisi Siyasət Əsgərov oyunla bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, Əsgərov 1:0 hesabı ilə qələbə qazandıqları görüşü belə şərh edib:

“İspaniya ilə oyundan sonra bu qarşılaşmaya köklənmək bir qədər çətin oldu. Komandam 90 dəqiqə xarakter, mübarizə, istək nümayiş etdirdi. Düzdür, oyun ərzində bəzi tapşırıqları daha dəqiq yerinə yetirə bilərdik. Misal üçün, əlavə qollar vura bilərdik.

Bu çatışmazlıq oyun təcrübəmizin az olması ilə əlaqədardır. Əsas o idi ki, oyundan əvvəl verdiyimiz sözümüzü tutduq və qələbə qazandıq. Qələbə münasibətilə komandamı təbrik və təşəkkür edirəm. Ümid edirəm, əldə etdiyimiz qələbə ilə əvvəlki məğlubiyyəti unutdura bildik”.

Həmin kateqoriyadan