- Baxış sayı: 157
- 24 Mart 2026 13:04
- Baxış sayı: 225
- Mart 25, 2026
- 0

Bolqarıstanda keçirilən 12-ci Sofiya suya tullanma kubokunun üçüncü yarış günündə də yeniyetmələrdən ibarət Azərbaycan komandasının üzvü Maqsud Tahirli bütün rəqiblərini üstələyib.
Allsport.az xəbər verir ki, bu dəfə 1 metrlik tramplindən tullanışda o, qızıl medal qazanıb.
Bundan öncə Tahirli həm 5 metrlik platforma, həm də 3 metrlik tramplindən tullanışlarda da bütün digər iştirakçılardan daha yüksək nəticə göstərərək fəxri kürsünün ən üst pilləsinə layiq görülüb.
Ümumilikdə yarışda 11 ölkənin 160-dan çox yeniyetmə idmançısı iştirak edir.