- Baxış sayı: 141
- 26 Noyabr 2025 13:17
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan komandası 12-ci Sofiya suya tullanma kubokunda çıxışını başa vurub. Allsport.az xəbər verir ki, bu yarışda ölkəmizi Əminə Həsənbəyova, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva və Muhamməd Hüseynov təmsil ediblər. Onları baş məşqçi Anton Melnikov müşayət edib.
Azərbaycan idmançılarıyla bərabər Bolqarıstan, Almaniya, Litva, Macarıstan, Norveç, Rumıniya, Serbiya, Xorvatiya, Türkiyə və Yunanıstan təmsilçilərinin iştirak etdiyi turnirdə komandamız 3 qızıl medal qazanmağa nail olub. Ölkəmizin aktivinə hər üç medalı Maqsud Tahirli yazdırıb. O, 1 və 3 metrlik tramplindən, eləcə də 5 metrlik platformadan tullanışlarda bütün rəqiblərini üstələyərək fəxri kürsüyə qalxıb.
Yarışda ümumilikdə 160-dan çox idmançı mübarizə aparıb.