“Son 1 ayda Mariya Stadnik mənə çox kömək oldu”

Rumıniya paytaxtı Buxarestdə yeniyetmələrin Avropa çempionatında 49 kq-da baş mükafata sahib çıxan Ruzanna Məmmədova diqqəti çəkib. Allsport.az saytı xəbər verir ki, qadın millisinin öncülü Mariya Stadnik kimi saç düzümü edən, döşəkdə onun kimi davranıb güləşən istedadlı idmançının gələcəyinin parlaq olduğunu söyləyirlər.

“Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. Allah qoysa, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanarıq.

Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm”, – Ruzanna Məmmədova açıqlayıb.

Həmin kateqoriyadan