Son 2 ayın uğursuz zolağı davam edir: Aleksey Kupin də lisenziya qazana bilmədi

Azərbaycan kanoeçisi Aleksey Kupin Rio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat reqatasında yarımfinal yürüşünə qatılıb. Allsport.az saytı xəbər verir ki, avarçəkənimiz 5 idmançının qatıldığı yürüşü 4-cü pillədə başa vurub.

Finişə 4 dəqiqə 1,562 saniyəyə tamamlayıb və yalnız estoniyalı Yosep Karlssonu (04:06.388) geridə qoya bilib. Azərbaycan təmsilçisi ilk “3-lüy”ə düşə bilmədiyindən, mübarizəni dayandırıb. Final mərhələsinə isə belaruslu Aleksey Maxnist (03:59.462), latviyalı Daqnis İlyins (03:59.817) və yunanıstanlı Stefanos Dimopulos (04:00.594) yüksəlib.

Buna qədər digər yarışda kanoe-slalomçusu Yure Meqliç və Vassil Vitanov – Cavid Əfəndiyev cütü uğursuz çıxış etmişdilər.

Bununla da Azərbaycanı Rio-2016-da kayak və kanoe növündə 2 idmançının təmsil edəcəyi dəqiqləşib. Olimpiadaya ötənilki dünya çempionatında lisenziyanı təmin etmiş kayakçı İnna Osipenko-Radomska (200 metr və 500 metr) ilə kanoeçi Valentin Demyanenko (200 metr) yollanacaq.

Həmin kateqoriyadan