- Baxış sayı: 75
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Qadın futbol millisi dünya çempionatının seçməsində Danimarkada meydan sahibələrinə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçi Siyasət Əsgərov bunu deyib:
“Bosniya və Hersoqovina ilə müqayisədə, Danimarka daha güclü rəqib idi. Bizi çox çətin oyun gözlədiyini bilirdik. Qrupumuzun məğlub olmayan lider komandasına qarşı oynadıq. Düzdür, 0:2 hesabı ilə məğlub olsaq da, komandamın oynadığı futboldan razı qaldım.
Xüsusən verdiyimiz tapşırıqları yerinə yetirmək, xarakter nümayiş etdirmək baxımından, futbolçuların istəkli olmaları, sonadək mübarizə aparmaları məni qane etdi.
Son 2 oyunda qazandığımız təcrübə gələcək oyunlarında bizə çox faydalı olacaq. Məqsədimiz qarşıdakı iki oyundan xal və ya xallarla ayrılmaqdır”.