- Baxış sayı: 280
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 61
- Dekabr 05, 2025
- 0

İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatını uğurla başa vuran yunan-Roma güləşçilərimiz Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, 1 qızıl, 2 gümüş və 3 bürünc medalla komanda hesabında qitə çempionu olan millimiz üçün Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanma mərasimi təşkil edilib.
Yığmanın böyük məşqçisi Əbilfət Məmmədov yarışla bağlı fikrini bölüşüb: “Son 4 ildə 3-cü dəfədir Avropa çempionu oluruq. Uşaqlar yaxşı çıxış etdilər. İldən-ilə rəqabət artır. Şükürlər olsun ki, hamını qabaqladıq. Daha yaxşı nəticə qazana bilərdik. Əsas liderlərimizdən biri bu yarışda iştirak etmədi, digəri isə zədəyə görə istənilən nəticəni vermədi. Ümumilikdə, komandanın çıxışını normal sayıram. Hüseyn Əmrahlı və Xudayar Kərimov gələn il də bizimlə olacaq. Digərləri U17 yaş qrupuna keçəcək”.