- Baxış sayı: 6
- 05 Dekabr 2025 12:22
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

1-ci divizionunun 12-ci turunun “Neftçi-2” – MOİK oyunu yüksək məhsuldarlığı ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 7:3 hesabı ilə qalib gəldiyi matçda 10 qol vurulub.
Bu, son 5 mövsümün rekordunun təkrarıdır. Bu müddətdə üçüncü dəfə belə məhsuldarlıq qeydə alınıb. 2018/19 mövsümünün “Səbail-2” – “Sumqayıt-2” (5:5) və 2019/20 mövsümünün “Turan Tovuz” – “Qaradağ Lökbatan” (6:4) qarşılaşmalarında da 10 top vurulub.
1-ci divizionda daha çox qola sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Səbail” – “Bakılı”nı 11:3 hesabı ilə üstələyib.