- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq.
Allsport.az xəbər verir ki, Azərbaycanın son 9 cüdoçusu yarışda mübarizəyə qoşulacaq. 3-cü – sonuncu yarış günündə 90 kq, 100 kq və 100-dən yuxarı çəki dərəcəsində kişi idmançılar, 78 kq və 78-dən yuxarı çəkidə isə qadınlar qüvvəsini sınayacaq.
Azərbaycan millisi 78 kq və +78 kq-da təmsil olunmur. İndiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov və Elcan Hacıyev bürünc medal qazanıblar.
Kişilər
90 kq
1/16 final. Rüfət İsmayılov – Jamal Petqrave (Böyük Britaniya)
1/8 final. Vüqar Talıbov – Nemanya Maydov (Serbiya)
1/8 final. Məmmədəli Mehdiyev – Tengiz Batsayxan (Monqolustan) / Con Jayne (ABŞ) cütünün qalibi
100 kq
1/8 final. Adil Kərimli – Yan Rayder (Kanada)
1/8 final. Kənan Abdullaxanlı – Onise Seneblidze (Gürcüstan)
1/8 final. Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)
+100 kq
1/8 final. Hüseyn Məmmədov – Tyaqo Palmini (Braziliya)
1/4 final. Uşangi Kokauri – Camal Feyziyev / Tatsuru Sayto (Yaponiya) cütünün qalibi
Heydər Əliyev adına idman kompleksində təşkil olunan “Böyük dəbilqə”nın bağlanış mərasimi saat 17:00-da başlayacaq.