London-2012-nin mükafatçısı Azərbaycan çempionatında öz çəkisində hamını üstələdi

Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, son yarış günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 96 güləşçi mübarizə aparıb.

75 kq-da Rüstəm Əliyev, 80 kq-da Emin Əhmədov, 85 kq çəkidə Rafiq Hüseynov, 98 kq-da Türmən Eyyubov və 130 kq çəki dərəcəsində Oyan Nəzəriani bütün rəqiblərindən üstün olub və Azərbaycan çempionu adını qazanıb.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyiminə sahib çıxır.

75 kq
FİNAL
Rüstəm Əliyev – Şəmistan Quluzadə 5:1
Bürünc medal görüşü
Elməddin Ramazanov – Hacımurad Bağmanov 3:5
Əmrah Mazanov – Murad Gözəlov 4:2
1/2 final
Rüstəm Əliyev – Hacımurad Bağmanov 8:0
Murad Gözəlov – Şəmistan Quluzadə 0:5

80 kq
FİNAL
Emin Əhmədov – Fuad Əliyev 5:0 (təmiz qələbə)
Bürünc medal görüşü
Cavid İbrahimli – Maqomedali Maqomedaliyev 2:10
Nurlan Məmmədov – Nicat Abdullayev 2:6
1/2 final
Emin Əhmədov – Maqomedali Maqomedaliyev 6:1
Fuad Əliyev – Nicat Abdullayev 9:0

85 kq
FİNAL
Rafiq Hüseynov – İslam Abbasov 5:4
Bürünc medal görüşü
Şəhriyar Məmmədov – Tural Tağıyev 10:0
Xoçbar Xalayev – Orxan Qəhdiranov 3:9
1/2 final
Rafiq Hüseynov – Tural Tağıyev 10:0
Orxan Qəhdiranov – İslam Abbasov 0:8

98 kq
FİNAL
Türmən Eyyubov – Həmzət Yusupov 2*:2
Bürünc medal görüşü
Kamran Bədəlov – Əli Həsənov 0:8
Mehdi Kərimi – Omar Mankiyev 2:2*
1/2 final
Türmən Eyyubov – Əli Həsənov 8:0
Həmzət Yusupov – Omar Mankiyev 3:2

130 kq
FİNAL
Qoşa Davitadze – Oyan Nəzəriani 0:8
Bürünc medal görüşü
Hüseyn Quliyev – Musa Mirzəyev 0:8
Anton Botev – Həmid Əhmədi 3:5
1/2 final
Qoşa Davitadze – Musa Mirzəyev 8:0
Həmid Əhmədi – Oyan Nəzəriani 0:8

Həmin kateqoriyadan