Son gündə 2 medal: Olimpiya çəkisində daha 6 yunan-Roma güləşçimiz əliboş qaldı

Xorvatiyada açıq Zaqreb turniri başa çatıb. 

Allsport.az saytı xəbər verir ki, yarışın 5-cü günündə daha 5 yunan-Roma güləşçimiz rəqabətə qoşulub. Onlardan ikisi fərqlənə bilib. Nihat Məmmədli (60 kq; olimpiya çəkisi) gümüş, Murat Lokyayev (97 kq; olimpiya çəkisi) bürünc medal qazanıb.

Murad Məmmədov, (60 kq; olimpiya çəkisi) Ülvü Qənizadə (72 kq; qeyri-olimpiya çəkisi) xəstələnib və görüşə çıxmayıb, Tuncay Vəzirzadə (82 kq; qeyri-olimpiya çəkisi), Arif Niftullayev, Zamir Məhəmmədov (hər ikisi – 97 kq; olimpiya çəkisi), Sərxan Məmmədov, Sabah Şəriəti, Beka Kandelaki (hər üçü – 130 kq; olimpiya çəkisi) uğursuz çıxış ediblər.

Həmin kateqoriyadan