- Baxış sayı: 27
- 21 Noyabr 2024 11:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Mingəçevir reqatası”na beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə Azərbaycan avarçəkənləri daha 13 medal qazandılar. 2-yerlik qayıqda akademik avarçəkmədə 1500 məsafədə Azər İlyasov/Tunar Məmmədzadə (2008-2009) 1-ci oldular.
Bu növdə 1500 metr məsafəyə Nurlan Paşayev/Cahangir Məmmədli, Sabit Abdullayev/Fikrət Həsənov, Məhəmməd Niftullayev/Neymət Həsənov (hamısı – 2006-2007) müvafiq olaraq, ilk 3 yer tutdular.
1000 metr məsafədə Məhəmməd Həsənov/Raul Şamilov gümüş, Yusif Əliyev/Ruslan Fərəcov (2010-2011) bürünc mükafat qazandılar.
1-yerlik qayıqda Amil Ramazanov kayakda 1000 metr məsafəyə yürüşdə (2006-2007) 2-ci oldu.
2-yerlik qayıqda bu növdə 1000 metr məsafədə Niyaz Məlikov/Emil Zeynalov gümüş, Qiyas Əhmədov/Sübhan Həsənov (2008-2009) bürünc medala yiyələniblər.
200 metr məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov/Sübhan Həsənov qızıl, İvan Vorobyanski/Hüseyn Həsənov və Vacib Babayev/Şahin İsayev gümüş mükafata yetişdilər.
İbrahim Məmmədzadə/Elmir Tarverdiyev (2010-2011) kayakda 3-cü olublar.