- Baxış sayı: 278
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Yunanıstanın paytaxtı Afinada keçirilmiş U17 dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazanan sərbəst güləş üzrə milli Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.
Millinin böyük məşqçisi Əsgərxan Novruzov yarışa yaxşı hazırlaşdıqlarını deyib:
“15 ildir ki, bu komandada böyük məşqçiyəm. Deyə bilərəm ki, son illərin ən rəqabətli dünya çempionatlarından biri idi. İran güləş ölkəsi sayılır. Hər zaman qızıl medalları olur. Amma bu dəfə qızıl medal qazana bilmədilər. Bizim çempionumuz oldu.
Komanda hesabında III yeri tutmağa cəmi 1 xal çatmadı. Yarışa yaxşı hazırlaşmışdıq. Uşaqlar da hazır idi. Əksər çəkilərdə favorit sayılan ölkələrin idmançılarına məğlub olduq. Bəzi görüşlərdə son saniyələrdə uduzduq. Bəzən idman xoşbəxtliyi də üzümüzə gülmədi. Əks halda, daha çox medal qazana bilərdik.
Amma 4 medal da böyük nəticədir. Son 3 ilin ən yaxşı nəticəsidir. Sərbəst güləş üzrə koordinator Hacı Əliyev də bizimlə yarışa səfər etdi. Dünya çempionumuz elə Hacı Əliyevin çəkisində – 65 kq-da oldu. Hacıya bütün komandanın adından təşəkkür edirəm. Bizə hərtərəfli dəstək verdi”.