Son ölkə çempionatı ilə bağlı gərginlik yaranıb. Təzə baş katib “qaş düzəldən yerdə göz vurub çıxarıb”

7-11 yanvarda Bakı idman sarayında güləş üzrə ölkə çempionatı keçirildi. Bu tədbir təşkilatçılıqda öncəkilərdən fərqləndi. Uzun aradan sonra Azərbaycanın ən güclülərinin yarışı təmtəraqlı oldu: mükafat fondu bərpa edildi, rəqabətin gedişində əyləncələr, müxtəlif xidmətlər, bilik oyunları tamaşaçıların könlünü aldı. Allsport.az saytının ilkin hesablamasında bu ölkə çempionatına 100.000 manat sərf olunmuşdusa, sonrakı araşdırmalardan sonra himayədarla birgə xərcin 150.000 min manat civarında olduğu üzə çıxdı. Medal qazanan güləşçilərə verilən ümumi mükafat elə 58.000 manat təşkil edirdi. Əcnəbi hakimlərin 5 günlük gəliri 5100 manat; qalmaq və qidalanma orta hesabla 1 nəfərə günə 100 manatdan 5 günə 4200 manat; təyyarə biletini orta hesabla bir yerdə 6000 manat təxminlə hamısı toplam 15300 manat.

18 yerli hakimin (rayondan gələnlərin xərci artıqdır) günlük qonararı təqribən 1800, cəmdə 9000 manat. Bakı idman sarayında icarə haqqı günə 4000 manatdır, 5 günə 20000 min edir. 1 gün öncə quraşdırımanın qiyməti 2000 manatdır, cəmdə 22000. Təbliğat-təşfiqatda 10 masanın günə orta hesabla 100 manat 5 günə 5000 manat edir. İşıqlandırma, səhnə, iti monotorlar və digər işlər ortalama 5000 manat nəzərə alıb, bura sual-cavab oyununun mükafatı (2000) və tamaşaçılara köynəklərin hədiyyə edilməsi (1000 manat). 10-larla tərəfdaş – “Buta Supply”, “Sport System”, “Badamlı”, “Baskent restorant”, “Go Sport”, “Eventrent”, “Bank Respulika”, “İnam”, “Beep Group”, “Dukkan Events”, AZEMMAGF, “Grapple Baku”nun dəstəyi çempionata əlavə rəng qatdı.

İdman qurumlarının rəhbərlərinə və digər seçilən qonaqlara 3-cü qatda ayrıca guşə ayrılmışdı. Təzə baş katib Pərvin Piriyevlə salamlaşmaq, ona yaxşı görünmək, onun əhvalını soruşmaq üçün məddahlar növbəyə düzülmüşdü. Bu, kənardan çox eybəcər görünürdü. Heç sabuna ehtiyac yox idi: baxmayaraq ki, Cəbiş müəllim istifadəsini bacarmasa da, hazırlamağını bilirdi. Amma yarınanların canfəşanlığı boşunadır. Mikayıl Cabbarovun adamı öz “Sabah” qrupuna daxil olanlara iş verir. Köhnə baş katib Nəsimi Musayev də müqəddəs deyildi. Hərçənd onun bir yaxşı sözü vardı: “Hər bir Azərbaycan vətəndaşı işləməlidir, onu bununla təmin etməliyik”.

Aydır məsələdir ki, VİP-də elə vur-çatlasın axırda kiminsə başında “çatlamalıydı”. AGF-dən sızan bilgiyə görə, qonaqlar arasında “arzuolumazlar” olub ki, bu da kimlərinsə xoşuna gəlməyib. Üstəlik, güləşdə bəzi hörmətli şəxslər fəxri guşədən kənarda qalıblar. Həmin hadisə müəyyən gərginlik yaradıb və narazılıq federasiyının içinə sıçrayıb. İşdən kənarlaşdırılanlar və əməkdaşlığa son verilənlər günü-hündən artdığından, güləşdə də müxalifətin yaranması qaçılmazdır. Pərvin Mehdiyev hazırda bu durumu yoluna qoymaq imkanında deyil. Başı milli komandaların təlim-məşqlərinə qarışıb. Həmin prosesə bilavasitə özü nəzarət etmək niyyətindədir. Hazırda 2 seçmə heyət Göygöldə hazırlaşır. Təzə icraçı rəgbərlik cari mövsümdə ilk gücü Avropa çempionatına qoyub. Orada nəticələr başaldadan olur. O üzdən Albaniya səfəri özlərinin təbliğat-təşviqatları üçün gözəl fürsətdir.

Kamran HACI

Həmin kateqoriyadan